Dohada Asiya Parlament Assambleyasının Büdcə Daimi Komitəsinin iclası keçiriləcək

A- A A+

Dekabrın 23-dən 24-dək Qətərin paytaxtı Dohada Asiya Parlament Assambleyasının Büdcə və Planlaşdırma Daimi Komitəsinin iclası keçiriləcək. Toplantıda üzv dövlətlərdən, o cümlədən Azərbaycandan deputatlar iştirak edəcəklər.

NUHÇIXAN xəbər verir ki, Qətərin Şura Məclisinin nümayəndə heyətinin rəhbərinin sədrliyi ilə keçiriləcək iclasda APA Baş katibinin məruzəsi dinləniləcək, daimi komitənin fəaliyyəti barədə müzakirələr aparılacaq.

Eyni zamanda, tədbirdə APA-nın növbəti il üçün büdcəsi müzakirə ediləcək. Qeyd olunur ki, APA-nın büdcə planlaşdırması barədə qərar layihəsi təşkilatın Bakıda keçirilmiş 15-ci Plenar iclasında qəbul olunub.

Asiya Parlament Assambleyasının əsası 2006-cı ildə qoyulub, 43 üzvü var. Azərbaycan bu quruma 2024-cü ildən sədrlik edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: