Prezident İlham Əliyev: Ölkəmizdə səhiyyə sistemi öz inkişafının yeni mərhələsinə qədəm qoyub

A- A A+

Ölkəmizdə səhiyyə sistemi öz inkişafının yeni mərhələsinə qədəm qoyub.

NUHÇIXAN xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konqresin iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.

Ölkə Prezidenti bildirib ki, dövlətin səhiyyə siyasətinin hədəflərinə uyğun olaraq tibb ocaqları ən müasir standartlar səviyyəsində yenidən qurulur, araşdırmaların son tibbi texnoloji nailiyyətlərin tətbiqi ilə elm və təcrübənin vəhdətində aparılması təşviq edilir. Bu istiqamətdə üzərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gələn Həkimləri Təkmilləşdirmə İnstitutunun özünəməxsus xidmətləri vardır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: