Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edəcək

A- A A+

Dünən Avropa Parlamentində (AP) Azərbaycana qarşı ədalətsiz qətnamə qəbul edilib.

NUHÇIXAN xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova deyib.

"Bu qətnamə AP-nin dövlət suverenliyinə etinasız münasibətini əks etdirir. Biz bu kimi cəhdlərə səssiz qala bilmərik. Bizim dövlət ikili standartlara yol verilməyən bütün əməkdaşlıqlara açıqdır. Heç bir qurumun Azərbaycanla bu cür danışmağa haqqı yoxdur. Azərbaycan bu kimi qərəzli addımları bundan sonra da qətiyyətlə cavablandıracaq", - spiker qeyd edib.

Sahibə Qafarova əlavə edib ki, iclasın gündəliyinə "Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatının təsdiq edilməsi haqqında" məsələ daxil edilib:

"Bəyanat Avropa Parlamentində dünən keçirilən dinləmə və saxta ittihamlarla dolu qəbul edilən sənədə qarşıdır".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: