Türkiyənin vitse-prezidenti Cevdət Yılmaz Zəfər parkını ziyarət edib - FOTOLAR

A- A A+

Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının vitse-prezidenti Cevdət Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Zəfər parkını ziyarət edib.

NUHÇIXAN xəbər verir ki, ziyarət zamanı qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Nümayəndə heyəti torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirəsini dərin ehtiramla yad edib, Zəfər abidəsinin önünə əklil qoyulub.

Mərasimdə Azərbaycanın ərazi bütövlüyünün qorunması və bərpası uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi anılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: