Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz Zəfər parkını ziyarət edib - FOTOLAR
Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının vitse-prezidenti Cövdət Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Zəfər parkını ziyarət edib.
NUHÇIXAN xəbər verir ki, ziyarət zamanı qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Nümayəndə heyəti torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirəsini dərin ehtiramla yad edib, Zəfər abidəsinin önünə əklil qoyulub.
Mərasimdə Azərbaycanın ərazi bütövlüyünün qorunması və bərpası uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi anılıb.