Somali ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycana minnətdarlığını bildirib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Somali Xarici İşlər Nazirliyinin kommunikasiyalar üzrə direktor müavini Əhməd Qaşaan (Ahmed Gaashaan) "X" hesabında yazıb.
"Biz Azərbaycanın Somali Federativ Respublikasının birliyi, suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı nümayiş etdirdiyi mövqeyə hörmətlə yanaşırıq. Bu mövqe Azərbaycanın beynəlxalq hüquq prinsiplərinə və beynəlxalq səviyyədə tanınmış dövlətçiliyin qorunmasına sadiqliyini əks etdirir", - o qeyd edib.
