Ər-Riyadda Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətləri müzakirə edilib

A- A A+

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Mütəllim Mirzəyev Krallığın Xarici İşlər Nazirliyində (XİN) Bakı və Ər-Riyad arasındakı münasibətləri müzakirə edib.

Bu barədə NUHÇIXAN Səudiyyə Ərəbistanının xarici siyasət qurumuna istinadən xəbər verir.

Qeyd edilib ki, səfiri bu ölkənin siyasi məsələlər üzrə nazir müavini Səud Əs-Səti və beynəlxalq çoxtərəfli işlər üzrə nazir müavini Əbdülrəhman Əl-Rəssi qəbul ediblər.

Nazir müavinləri səfir salamlayıb və ona yeni vəzifəsində uğurlar arzulayıblar. Onlar həmçinin qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: