Azərbaycan və Koreya arasında idman sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib - FOTOLAR

A- A A+

Azərbaycan və Koreya Respublikası arasında gənclər və idman sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Bu barədə NUHÇIXAN-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Nazir Fərid Qayıbov Koreya Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Kımqu Kanq ilə görüşüb.

Görüş zamanı iki ölkə arasında gənclər və idman sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin nazir Fərid Qayıbovun ötən ay baş tutmuş Koreya səfəri müzakirə edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: