Azərbaycan Avropaya ilbiz məhsullarının ixracına başlayır

A- A A+

Salyan rayonunun Şorsulu kəndində fəaliyyət göstərən ilbiz istehsalı müəssisəsi Avropa İttifaqı (Aİ) ölkələrinə məhsul ixrac edəcək.

Bu barədə NUHÇIXAN-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, müəssisənin ilbiz məhsullarının ixracına dair məlumatlar Aİ-nın TRACES (Trade Control and Expert System) elektron platformasında müvafiq siyahıya daxil edilib.

Daha öncə Avropaya dəri, kürü və qurbağa ayağı məhsullarının ixracına icazə alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: