Azərbaycanda dövlət rüsumu tutulmayan şəxslərin əhatə dairəsi genişləndirilib

A- A A+

Azərbaycanda dövlət rüsumu tutulmayan şəxslərin əhatə dairəsi genişləndirilib.

NUHÇIXAN xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Dövlət rüsumu haqqında" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunlara dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Qanunlara əlavə edilən yeni maddəyə görə, ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini), o cümlədən Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş, habelə şəhid ailəsi statusu almış şəxslərdən bəzi xidmətlər və hüquqi hərəkətlər üçün dövlət rüsumu tutulmur.

Həmin xidmətlər isə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı reyestrdən çıxarışın, texniki sənədlərin (pasport ve plan ölçü) verilməsi, torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün mərzçəkmə işlərinin görülməsi, əmlak üzərində hüquqların məhdudlaşdırılmasına daşınmaz (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi və ipotekanın dövlət qeydiyyatına alınması, eləcə də daşınmaz əmlaka dair digər hüquqi hərəkətlərlə bağlıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: