Paşinyan Azərbaycanla sərhədin demarkasiyası prosesindən məmnundur

A- A A+

Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası üzrə komissiyaların işi gözlənildiyindən daha sürətlə irəliləyir.

NUHÇIXAN-ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

"Biz ilkin ehtimallardan daha sürətlə irəliləyirik. Çünki Vaşinqton bəyannaməsində regional kommunikasiyaların açılması, o cümlədən Azərbaycanın əsas hissəsinin Naxçıvanla əlaqəsinin təmin edilməsi əks olunub. Bunun Ermənistan üçün qarşılıqlı fayda gətirməsi qeyd olunan zaman güman edirdik ki, ətraf aləm ilə dəmir yolu əlaqəsi əldə edəcəyik. Bu, məncə, Ermənistan və beynəlxalq ictimaiyyətin gözlədiyindən daha tez baş verdi", - deyə o qeyd edib.

Bundan əlavə, N.Paşinyanın sözlərinə görə, Ermənistan və Azərbaycan arasında ikitərəfli ticarət rəsmi İrəvanın və beynəlxalq ictimaiyyətin gözlədiyindən xeyli tez baş verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: