Türkiyə və Azərbaycan QHT-ləri arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTOLAR

A- A A+

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (İB) sədri Arzu Bağırova qardaş Türkiyənin İzmir şəhərində Karadeniz Konfederasiyasının İdarə Heyətinin sədri Hızır Murtezaoğlu ilə görüş keçirib.

NUHÇIXAN xəbər verir ki, görüş zamanı qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşün nəticəsi olaraq tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb. Qeyd olunub ki, imzalanmış memorandum gələcəkdə birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi, maarifləndirici tədbirlərin təşkili və regional inkişafın dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına, eləcə də ölkələrimiz arasında vətəndaş cəmiyyəti əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inam ifadə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: