Azərbaycanın Haaqadakı səfirliyində Niderland şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə müvafiq məlumat səfirliyin "X" sosial şəbəkə hesabında yerləşdirilib.
Qeyd olunub ki, görüş zamanı Azərbaycanla Niderland arasındakı əlaqələrin güclü inkişaf dinamikası və gələcək potensialına diqqət çəkilib.
"Xüsusilə biznes, investisiya və ticarət imkanlarının genişləndirilməsi, eləcə də əsas iqtisadi sektorlar üzrə əməkdaşlığın daha da dərinləşdirilməsinə dair konkret təşəbbüslər diqqət mərkəzində olub", - məlumatda vurğulanıb.
