Hakan Fidan: Zəngəzur dəhlizinin Azərbaycanın istədiyi kimi həyata keçəcəyinə inanırıq

A- A A+

Zəngəzur dəhlizinin Azərbaycanın istədiyi kimi həyata keçəcəyinə inanırıq. Azərbaycanı Naxçıvana quru yolu ilə bağlayacaq bu dəhliz həm Orta Dəhliz, həm də Türkiyənin Türk dünyasına açılması baxımından olduqca mühümdür.

NUHÇIXAN xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda ilin yekunlarına dair mətbuat nümayəndələri ilə görüşü zamanı ifadə edib.

Azərbaycan ilə Ermənistan arasında paraflanan sülh sazişinin imzalanaraq həyata keçirilməsini gözlədiklərini vurğulayan nazir deyib: “Dünən də Vaşinqtonda Tramp Beynəlxalq Sülh və Rifah Marşrutunun (TRIPP) fəaliyyətə başlaması üçün Ermənistanla bəzi razılıqlar əldə edilib. Bu sənəd, onun bəndləri ətrafında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə iki saata yaxın müzakirəmiz oldu. Çərçivə barədə dövlət başçımıza da məruzə etdim. Lakin sülh sazişinin tam təmin olunması üçün Ermənistanın həyata keçirməsi lazım olan öhdəliklər var. Ermənistanın Baş naziri Nikol Paşinyanın bu istiqamətdə göstərdiyi müsbət iradəni dəstəkləyirik”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: