Azərbaycanda Ukrayna dilinin tədris imkanlarının genişləndirilməsi müzakirə edilib

A- A A+

Ukrayna səfiri Yuri Qusev Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevlə görüşündə iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.

NUHÇIXAN xəbər verir ki, diplomat bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Emin Əmrullayevlə məhsuldar görüş keçirildi. 2025-ci ildə təhsil sahəsində əməkdaşlıq və 2026-cı il üçün prioritetlər, o cümlədən diplomların tanınması, ikili diplom proqramları və Azərbaycanda Ukrayna dilinin tədris imkanlarının genişləndirilməsini müzakirə etdik", - diplomat yazıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: