Misir Prezidentinin andiçmə mərasimi iyunun 2-də keçiriləcək

A- A A+

Mart ayında ikinci dəfə Misirin Prezidenti seçilən Əbdül Fəttah əs-Sisinin andiçmə mərasimi iyunun 2-də keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, seçilmiş dövlət başçısı ölkənin konstitusiyasına uyğun olaraq rəsmi səlahiyyətlərini yerinə yetirməyə başlamazdan əvvəl Misirin nümayəndələr palatasında (parlament) andiçmə mərasimində iştirak etməlidir.

Qeyd olunur ki, rəsmi mərasimdən sonra ölkə başçısının deputatlar, dövlət rəsmiləri və dəvət olunmuş xarici qonaqların qarşısında çıxışı gözlənilir.

Xatırladaq ki, Əbdül Fəttah əs-Sisi martda keçirilən prezident seçkilərində 97 faizdən çox səs toplayaraq qalib gəlib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: