Prokurorluq əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
Baş Prokurorluğun rəhbərliyi və kollektivi 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
Bu barədə NUHÇIXAN-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, prokurorluq əməkdaşları şəhidlərin məzarları üzərinə gül dəstələri qoyub, Azərbaycanın azadlığı uğrunda həlak olanların xatirəsini hörmət və ehtiramla yad edib.