Müdafiə Nazirliyi və Dövlət Komitəsi birgə tədbirlər planı imzalayıb

A- A A+

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə 2026-cı il üçün birgə tədbirlər planı imzalanıb.

Bu barədə NUHÇIXAN-a Müdafiə Nazirliyindən məlumat verilib.

Sənədə əsasən, Müdafiə Nazirliyinin tabeliyində olan qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində keçiriləcək birgə tədbirlərin yeri, icra vaxtı və məsul şəxslər müəyyənləşdirilib.

Sənədin imzalanmasında əsas məqsəd hərbi qulluqçular arasında əxlaqi-mənəvi dəyərlərin təbliği, dini radikalizmə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, sağlam dünyagörüşünün formalaşdırılması və dövlət-din münasibətləri sahəsində koordinasiyanın artırılmasıdır.

Birgə tədbirlər planına uyğun olaraq, Azərbaycan Ordusunda maarifləndirici görüşlərin, seminarların, təlimlərin və digər profilaktik tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: