NATO Baş katibinin müavini yanvarın 21-də Azərbaycana səfər edəcək

A- A A+

NATO Baş katibinin müavini Radmila Şekerinska yanvarın 21-də Bakıya səfər edəcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə Alyansın Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, o, səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin sədri Sahibə Qafarova və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüşəcək.

R.Şekerinska həmçinin beyin mərkəzlərinin nümayəndələri və NATO-ya üzv ölkələrin səfirləri ilə də müzakirələr aparacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: