ABŞ Prezidenti Donald Trampın içərisində olduğu Hərbi Hava Qüvvələrinə məxsus “Air Force One” təyyarəsi elektrik problemi səbəbindən Atlantik okeanı üzərindən U dönüşü etmək məcburiyyətində qalaraq paytaxt Vaşinqtona geri dönüb.
NUHÇIXAN-ın xəbərinə görə, bu barədə açıqlama verən Ağ Evin mətbuat katibi Kerolayn Livit deyib ki, təyyarə Endryu Birgə Bazasına təhlükəsiz eniş edib.
Prezident və onunla birlikdə səyahət edənlər başqa bir təyyarəyə minərək İsveçrənin Davos şəhərinə doğru səfərlərini davam etdiriblər.
