Ramil İskəndərli: Vətən müharibəsindən sonra Azərbaycan beynəlxalq münasibətlərdə daha fəal rol oynamağa başlayıb
44 günlük Vətən müharibəsindən sonra Azərbaycan regional və qlobal informasiya gündəliyində, eləcə də beynəlxalq münasibətlərdə daha fəal rol oynamağa başlayıb. Eyni zamanda, ölkəmizin sülh proseslərində, enerji təhlükəsizliyində və nəqliyyat dəhlizlərinin formalaşdırılmasında əhəmiyyəti xeyli artıb.
NUHÇIXAN xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli söyləyib.
O bildirib ki, belə bir şəraitdə dövlət qurumları öz fəaliyyətini uğurla davam etdirsə də, qeyri-hökumət təşkilatlarının, medianın və digər ictimai institutların rolu xüsusilə vacibdir. Bu baxımdan, əhalinin maarifləndirilməsi, saxta məlumatların ifşası, feyk xəbərlərin aşkarlanması və bu təhlükələrə qarşı koordinasiyalı fəaliyyətin təşkili əsas məqsədlərdən biridir.
