Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın inkişafı müzakirə olunub

A- A A+

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Rusiya Müdafiə Nazirliyində olub və nazir müavini Vasili Osmakovla görüşüb.

Diplomatik nümayəndəlikdən NUHÇIXAN-a verilən məlumata görə, söhbət zamanı müdafiə nazirlikləri arasında Azərbaycan-Rusiya əməkdaşlığının cari məsələləri ətrafında fikir mübadiləsi aparılıb, bu il üçün təmasların və qarşılıqlı səfərlərin cədvəli müzakirə edilib.

Hər iki tərəf 22 fevral 2022-ci il tarixli müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə uyğun olaraq hərbi-siyasi və hərbi-texniki sahələrdə ikitərəfli dialoq və əməkdaşlığı daha da inkişaf etdirmək üçün konstruktiv öhdəliklərini bir daha təsdiqləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: