Ukrayna Rusiya Prezidenti Vladimir Putin üçün “gözünün ağı” olub.
NUHÇIXAN xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində çıxışında deyib.
“Ukrayna Putinin “gözünün ağı” idi. Mən həmin dövrdə Prezident olsaydım, bu müharibə heç vaxt olmazdı”, - deyə Tramp qeyd edib.
O, eyni zamanda, müharibənin qəbuledilməz olduğunu vurğulayıb.
