Donald Tramp: BMT müharibələri bitirmək üçün kifayət qədər səy göstərməyib

A- A A+

ABŞ Prezidenti Donald Tramp İsraildə girovların geri qaytarılmasından və Qəzzanın yenidən qurulması iləbağlı planlarından danışıb.

NUHÇIXAN-ın məlumatına görə, Tramp bildirib ki, bu proses çətin işdir və HƏMAS-dan sonuncu girovun cəsədinin qaytarılmasını tələb edib. O, Qəzzanın gözəl şəkildə yenidən qurulacağını və bu prosesdə çox uğurlu olacağını deyib.

“Biz demək olar ki, istədiyimiz hər şeyi edə bilərik”, – deyə Tramp bildirib, lakin dərhal əlavə edib ki, bunu BMT ilə birgə həyata keçirəcək.

“BMT-nin böyük potensialı var, amma ondan istifadə etmir”, – deyə Tramp vurğulayıb. Onun sözlərinə görə, sona çatdırdığını iddia etdiyi səkkiz müharibənin heç biri barədə BMT ilə danışmayıb.

ABŞ Prezidenti əlavə edib ki, BMT kifayət qədər səy göstərməyib və həmin müharibələri bitirə bilməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: