Tacikistan səfiri "ASAN xidmət"də - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qarşı tərəfin müraciəti əsasında Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmon ilə görüşüb.
NUHÇIXAN xəbər verir ki, görüş zamanı qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verilib, hazırda Azərbaycanın intellektual brendinin ixracı istiqamətində 30-dan çox ölkə ilə əməkdaşlıq edildiyi bildirilib.
Tacikistan səfiri “ASAN xidmət” modelinin onda yüksək təəssürat yaratdığını bildirib və bu təcrübənin ölkəsi ilə paylaşılmasında maraqlı olduğunu qeyd edib. Eyni zamanda o, Pakistanda "ASAN xidmət" modeli əsasında yaradılmış “Pakistan ASAN xidmət” mərkəzinin açılışı ilə bağlı təbriklərini çatdırıb.
Qonaqlar “ASAN xidmət” mərkəzinin, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, "ABAD" publik hüquqi şəxsin və "Bilim Bakı" mərkəzinin fəaliyyəti ilə də tanış olublar.