Tramp: Azərbaycanla strateji tərəfdaşlığımızı möhkəmləndirəcəyik

A- A A+

“Keçən ilin avqust ayında imzaladığımız Sülh Sazişinə əməl etdiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistan Baş naziri Nikol Paşinyana təşəkkür etmək istəyirəm”.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb.

O bildirib ki, bu pis müharibə onun başa vurduğu 8 müharibədən biri idi. Artıq rifah və sülh hökm sürür.

“Biz Azərbaycanla strateji tərəfdaşlığımızı möhkəmləndirəcəyik. Ermənistanla sülhməramlı nüvə əməkdaşlığı üçün saziş imzalayacağıq. Böyük yarımkeçirici istehsalçılarımız üçün müqavilələrə imza atacağıq. ABŞ-da istehsal olunmuş müdafiə avadanlıqlarını, o cümlədən gödəkçə, qayıqlar və sairi Azərbaycana satacağıq”, - deyə Tramp vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: