Strasburqda Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 36-cı Sessiyası keçirilir

A- A A+

Sessiyanın işində iştirak etmək üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimovun rəhbərliyi ilə 6 nəfərdən ibarət Azərbaycan namayəndə heyəti Strasburqda səfərdədir.

NUHÇIXAN Avropa Şurasının rəsmi portalına istinad edərək  xəbər verir ki, bu gün Fransanın Strasburqda yerləşən mənzil qərargahında Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 36-cı Sessiyası öz işinə başlayıb. Avropa Şurasına daxil olan 47 üzv dövlətin 324 təmsilçisinin qatıldığı 36-cı sessiyası bu dəfə “Merlər: demokratiyanın mühafizəçiləri” devizi altında keçirilir.

Sessiyada bu məqsədlə İspaniyanın Ərazi məsələləri üzrə dövlət katibi İqnasio Sançes Amorun iştirakı ilə  müzakirələr təşkil olunacaq. Sessiya Finlyandiyanın Avropa Şurasında sədrliyi müddətinə təsadüf etdiyindən müzakirələrdə həmin ölkənin Nəqliyyat və kommunikasiya nazirinin iştirakı ilə bağlı dinləmələr də olacaq. Sessiyanın gedişində Avropa Şurasının Baş katibi Türbyörn Yaqland və AŞPA-nın sədri Lilyan Mori Paskye də müzakirələrə qatılaraq konqres üzvlərinin suallarını cavablandıracaqlar.

Konqresin 36-cı sessiyasının gündəliyində həmçinin “Avropa Şurasının gələcəyi ilə bağlı: Konqresin rolu və qatqısı (Helsinki prosesi)”, “Yerli və regional səviyyədə açıq hökümət, gənc əhalinin sosial hüquqları: yerli və regional hakimiyyətlərin rolu”, “Yerli və regional hakimiyyətlərin öz struktur maliyyələşməsində səlahiyyətləri haqqında” və bir sıra digər məsələlər müzakirə olunaraq müvafiq tövsiyyə və qətnamələrin qəbul olunması gözlənilir. Ənənəvi olaraq bu sessiyasında da Avropa Şurasının Konqresi bir sıra ölkələrdə (Slovakiya, Bosniya və Hersoqovina və s.) keçirən seçkilərin nəticələri, həmçinin ayrı-ayrı üzv-dövlətlərdə (Moldova, Polşa və s.) yerli və regional demokratiyanın vəziyyətini müzakirə edəcəkdir.

             

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: