Nur-Sultan şəhərində Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun ikinci iclası keçiriləcək
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun ikinci iclası aprelin 16-17-də Qazaxıstanın Nur-Sultan şəhərində keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Aybek Smadiyarov məlumat verib.
Qeyd edək ki, Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun ilk iclası fevralın 19-20-də Bakıda keçirilib. Müzakirələrdə Azərbaycan, İran, Qazaxıstan, Rusiya, Türkmənistan nümayəndə heyətləri iştirak ediblər.