Azərbaycan və BƏƏ parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub - FOTOLAR

A- A A+

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına işgüzar səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurasının sədr müavini Tariq Humaid Al Tayer ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a bildirilib ki, görüşdə iki ölkə liderlərinin rəhbərliyi ilə bütün istiqamətlər üzrə hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş əlaqələrin uğurla inkişaf etdiyi qeyd olunub, parlamentlərin fəaliyyəti və verdiyi töhfələr xüsusi vurğulanıb.

Sahibə Qafarova qarşılıqlı rəsmi səfərlərin, eləcə də parlamentlər arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq əlaqələrin inkişafının önəmini qeyd edib. Söhbət zamanı beynəlxalq təşkilatlar, o cümlədən Asiya Parlament Assambleyası (APA) çərçivəsində əməkdaşlığın yüksək səviyyədə olmasından razılıq ifadə olunub.

Görüşdə Sahibə Qafarova Milli Məclisin APA-ya iki illik sədrliyi dövründə BƏƏ parlamentinin nümayəndə heyətinin göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib, APA-nın parlamentlərarası əlaqələrin genişləndirilməsi üçün ümumi və səmərəli platforma olduğunu vurğulayıb. Söhbətdə Milli Məclisin APA-ya uğurlu sədrliyi xüsusilə qeyd edilib.

Görüşdə parlamentlərarası əməkdaşlığın bundan sonra da qarşılıqlı etimad və tərəfdaşlıq prinsipləri əsasında uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: