Monteneqronun geniş oxucu kütləsinə malik avilja.me saytında 31 Mart soyqırımına dair məqalə dərc olunub.
NUHÇIXAN xəbər verir ki, məqalədə 1918-ci ilin mart hadisələri zamanı Azərbaycanın yüzlərlə şəhər və kəndinin, o cümlədən Qarabağın dağlıq və dağətəyi ərazilərində 150-dən çox kəndin ermənilər tərəfindən xarabalığa çevrildiyi bildirilir. Həmçinin Şuşada törədilmiş qırğınlar nəticəsində 50 mindən çox, Bakıda isə 30 min azərbaycanlının vəhşicəsinə öldürüldüyü diqqətə çatdırılır.