Naxçıvan Ali Məclisinin yaz sessiyasının ilk iclasının gündəliyi açıqlanıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyasının 2 fevral tarixində keçiriləcək ilk iclasının gündəliyi müəyyənləşib.

Gündəliyə üç məsələ daxil edilib. Belə ki, iclasda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyası üzrə qanunvericilik işləri planının təsdiqi müzakirə olunacaq.

Eyni zamanda Ali Məclisin Hesablayıcı komissiyasının və İntizam komissiyasının yaradılması məsələlərinə baxılacaq.

Qeyd edək ki, iclasda müvafiq qərarların qəbul edilməsi nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: