Bakıda Azərbaycan və Ukrayna arasında diplomatik münasibətlərin 34-cü ildönümü qeyd olunub

A- A A+

Bakıda Azərbaycan və Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 34-cü ildönümü qeyd edilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, tədbirdə Ukrayna səfirliyinin əməkdaşları və Milli Məclisin deputatı, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Əlibala Məhərrəmzadə iştirak ediblər.

"Xalqlarımızın ortaq tarixi irsini yad etdik, Ukrayna Xalq Respublikasının Azərbaycan Demokratik Respublikasında ilk diplomatik missiyasının şərəfinə ucaldılmış xatirə lövhəsinin önünə gül dəstələri qoyduq", - o yazıb.

Qusev Ukraynaya daimi dəstəyə və ikitərəfli əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə Azərbaycana və Azərbaycan xalqına minnətdarlığını bildirib.

"İlk diplomatik təmaslarla bağlı xatirə dövlətlərimiz arasında müasir strateji tərəfdaşlığıın möhkəm əsasını təşkil edir, eləcə də qarşılıqlı hörmət və etimad mənbəyidir", - səfir vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: