Şahin İsmayılov: Uğurlu dövlət siyasətinin əsas istiqamətlərindən biri gənclərlə bağlıdır

A- A A+

Bu gün Naxçıvanda "Azərbaycan gəncliyi: Ulu Öndər ideyalarından müasir inkişaf mərhələsinədək" mövzusunda tədbir keçirilir. Bölgələrimizdə bu cür tədbirlərin keçirilməsi olduqca vacibdir. Çünki bölgələrdə yaşayan, oxuyan və çalışan gənclərin müzakirələrdə fəal iştirakı xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda həyata keçirilən uğurlu dövlət siyasətinin əsas istiqamətlərindən biri gənclərlə bağlıdır. Gənclərimiz dövlətin qayğısı və diqqəti ilə əhatə olunub.

Bu sözləri NUHÇIXAN-a müsahibəsində Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.

O deyib: “Bu gün burada gənclərlə müxtəlif mövzularda fikir mübadiləsi aparacağıq, onları dinləyəcək, suallarını cavablandıracağıq. Düşünürük ki, Naxçıvandan başlayan bu cür müzakirə formatı gələcəkdə ölkəmizin digər bölgələrinə də yayılacaq”.

Şahin İsmayılov qeyd edib ki, əldə olunmuş nəticələrin təhlili, mövcud vəziyyətin qiymətləndirilməsi və gələcəklə bağlı gənclərin fikirlərinin öyrənilməsi olduqca vacibdir. "İnanırıq ki, bu gün keçirilən müzakirələr nəticəsində müəyyən nəticələr əldə ediləcək və ən əsası gənclərimizi maraqlandıran suallar cavablandırılacaq, səmərəli fikir mübadiləsi aparılacaq", - deyə Milli Məclisin Gənclər və idman komitəsinin sədri əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: