Azərbaycan və ABŞ-nin özəl sektoru ilə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib - FOTOLAR

A- A A+

Azərbaycan və ABŞ-nin özəl sektoru ilə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ABŞ Ticarət Palatasının baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbulu zamanı qeyd olunub.

Bildirilib ki, 31 şirkətin rəhbər şəxsləri və nümayəndələrinin yer aldığı tərkiblə görüş zamanı Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq əlaqələrinin təsis edilməsi istiqamətində atılan addımlar, iki ölkə arasında enerji, ticarət, nəqliyyat, logistika, TRIPP marşrutu da daxil olmaqla regional bağlantılar, bir sıra əhəmiyyətli sahələrdə iqtisadi sərmayə kimi istiqamətlərdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti, planlar və s. müzakirə olunub.

Eyni zamanda ötən il avqustun 8-də Vaşinqton Sülh Sammitindən sonra Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması istiqamətində qeyd edilən sahələr üzrə ayrı-ayrılıqda aparılmış ikitərəfli təmaslar və müzakirələr yüksək qiymətləndirilib, Xartiyanın imzalanmasının münasibətlərə əlavə təkan verəcəyi vurğulanıb.

Bundan əlavə, görüşdə Azərbaycanın regionun enerji təhlükəsizliyində mühüm rolu, bərpaolunan enerji resurslarının inkişafının əhəmiyyəti, Orta Dəhlizdə ticarət marşrutlarının şaxələndirilməsi, Azərbaycanda mövcud əlverişli biznes və investisiya mühiti və yeni əlaqələrin qurulması imkanları, habelə digər qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: