MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan və Rusiya XİN başçılarının görüşü olacaq
Aprelin 5-də Moskvada MDB Xarici İşlər Nazirlər Şurasının (XİNŞ) iclası keçiriləcək. Həmin iclas çərçivəsində Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşü gözlənilir.
NUHÇIXAN xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bunu Moskvada keçirilən brifinqdə açıqlayıb.
MDB XİNŞ iclasının açılışından əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrovun belaruslu həmkarı ilə görüşü planlaşdırılır. M. Zaxarova deyib: “Rusiya xarici işlər nazirinin iş qrafikində Türkmənistanın və Azərbaycanın xarici işlər nazirləri ilə də qısa görüşlər nəzərdə tutulur”.