Astanada Azərbaycan–Qazaxıstan münasibətlərinin inkişafı müzakirə olunub

A- A A+

Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Qazaxıstan Prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri Yernar Lazar ilə işgüzar görüş keçirib.

NUHÇIXAN xəbər verir ki, tərəflər Qazaxıstan–Azərbaycan əməkdaşlığına dair bir çox məsələləri müzakirə ediblər.

Görüş zamanı energetika və bərpaolunan enerji mənbələri sahəsində birgə layihələr nəzərdən keçirilib. Xəzər dənizinin dibi ilə fiber-optik kabelin çəkilməsi layihəsinin icrasının gedişinə xüsusi diqqət yetirilib.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət, yüksəksəviyyəli səfərlərin hazırlanması və mədəni-humanitar əlaqələrin inkişafını müzakirə ediblər.

Bundan əlavə, Hökumətlərarası Komissiya da daxil olmaqla, mövcud ikitərəfli əməkdaşlıq mexanizmləri çərçivəsində aparılan fəaliyyət müzakirə mövzusu olub.

Görüş iştirakçıları Azərbaycanın “C5+1” formatında iştirakını məmnunluqla vurğulayıb, bunun regional əməkdaşlığın inkişafına əlavə təkan verəcəyinə əminlik ifadə ediblər.

Tərəflər 2025-ci il 8 avqust tarixində Vaşinqtonda Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında keçirilmiş görüşə dair imzalanmış Birgə Bəyannamənin, həmçinin sülhün bərqərar olunmasının regionda nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasına və ticarətin genişlənməsinə töhfə verəcəyinə əminliklərini bildiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: