Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfəri iki xalq üçün yeni əməkdaşlıq və rifah imkanları açır.
NUHÇIXAN xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfəri ilə bağlı paylaşımında qeyd edib.
"Mənim üçün Azərbaycan Prezidenti İlham Əliyevi qəbul etmək və birlikdə Serbiya ilə Azərbaycan arasında hərtərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində çalışmaq böyük şərəf oldu. Bu səfər xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açan ortaq dəyərlərimizin və baxışlarımızın təsdiqidir. Əziz dostum, səfəriniz üçün təşəkkür edirəm! Tezliklə yenidən görüşmək ümidi ilə!", - deyə o qeyd edib.
