Milli Məclis “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nı ratifikasiya edib.
NUHÇIXAN xəbər verir ki, bu məsələ Milli Məclisin fevralın 20-də keçirilən iclasının gündəliyinə daxil edilib.
2015-ci il martın 25-də Santiaqo-de-Kompostela şəhərində imzalanmış “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası” Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə təsdiq edilib.
Konvensiyanın məqsədi insan orqanlarının alverinin qarşısının alınması və onunla mübarizə aparılması, habelə qurbanların hüquqlarının müdafiəsi və tərəflər arasında milli və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.
