Azərbaycanla Latviya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib - FOTOLAR

A- A A+

Fevralın 19-da Riqada Azərbaycanın və Latviyanın Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.

Bu barədə NUHÇIXAN-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov, Latviya nümayəndə heyətinə isə bu ölkənin Xarici İşlər Nazirliyinin Konsulluq və Diplomatik Məsələlər Direktoratlığının baş direktoru Agnese Kalnina rəhbərlik edib.

Müzakirələr zamanı Azərbaycan üçün strateji tərəfdaş ölkə olan Latviya ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları nəzərdən keçirilib.

Danışıqlarda tərəflər konsulluq sahəsi ilə yanaşı, hüquq-mühafizə, miqrasiya, təhsil sahələrində çoxtərəfli və ikitərəfli əməkdaşlıq perspektivləri, əlaqələrin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıblar.

Sonra Azərbaycan nümayəndə heyəti Latviya Respublikasının Daxili İşlər Nazirliyinin dövlət katibinin müavini Kaspars Abolins tərəfindən qəbul edilib. Görüş zamanı iki ölkənin daxili işlər orqanları arasında əlaqələrin genişləndirilməsi və müvafiq sahə üzrə müqavilə-hüquq bazasının inkişaf etdirilməsi məsələləri nəzərdən keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: