Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında Sloveniya ilə diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə paylaşım edilib.
NUHÇIXAN xəbər verir ki, paylaşımda qeyd olunub:
"Biz Azərbaycan ilə Sloveniya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Sloveniya xalqını və hökumətini səmimi-qəlbdən təbrik edir, ikitərəfli əməkdaşlığımızın daha da möhkəmləndirilməsi istiqamətində qətiyyətimizi bir daha təsdiqləyirik".
