Ali Məclisinin deputatları tərəfindən ötən il 1926 vətəndaş müraciəti qəbul olunub

A- A A+

NUHÇIXAN-ın məlumatına görə, Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları tərəfindən 2025-ci il ərzində vətəndaşlarla 470 görüş keçirilib, ümumilikdə, 1926 vətəndaş müraciəti qəbul olunub. Müraciətlərin həlli istiqamətində işlər aparılıb, deputatlar tərəfindən aid qurumlara 135 məktub ünvanlanıb.

Ali Məclisin deputatları ötən il media ilə aktiv əməkdaşlıq ediblər. Belə ki, deputatların müxtəlif qəzet və informasiya saytlarında, ümumilikdə, 448 məqaləsi dərc olunub. Həmçinin onlar 181 televiziya və radio verilişlərində qonaq olub, ölkəmizdə baş verən mühüm hadisələr, əlamətdar günlər, habelə müxtəlif sosial-iqtisadi və siyasi məsələlərlə bağlı fikirlərini bölüşüblər.

Deputatlar bu müddət ərzində Naxçıvan Muxtar Respublikasında, ölkəmizin digər şəhər və rayonlarında, həmçinin xarici ölkələrdə keçirilən 822 ictimai-siyasi, iqtisadi, mədəni və elmi tədbirlərin iştirakçısı olublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: