Milli Məclisin növbəti plenar iclası keçirilir

A- A A+

Fevralın 24-də Milli Məclisin növbəti plenar iclası keçirilir.

NUHÇIXAN xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı 10 məsələ daxil edilib:

1. “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə;

2. “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş);

3. “İnvestisiya fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş);

4. “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi;

5. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş);

6. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş);

7. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);

8. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);

9. “Yerin təki haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);

10. “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: