Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin 10-cu üçtərəfli iclası keçirilir
Milli Məclisdə Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclası keçirilir.
NUHÇIXAN xəbər verir ki, iclasda hər üç ölkənin parlamentariləri və media nümayəndələri iştirak edirlər.
İclasa Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Şamxaradze, Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuad Oqtay və Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sədrlik edirlər.
Görüşdə üç ölkənin parlamentləri arasında siyasi dialoqun daha da gücləndirilməsi, regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq məsələləri və birgə layihələr müzakirə olunacaq.
