Milli Məclisdə Türkiyə parlamentariləri ilə görüş keçirilib

A- A A+

Fevralın 24-də Milli Məclisin komitə sədri Əhliman Əmiraslanovun rəhbərlik etdiyi Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, Azərbaycan, Türkiyə və Gürcüstan Parlamentlərinin Xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) xarici əlaqələr komitəsinin sədri Fuad Oktayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, görüşdə çıxış edən Əhliman Əmiraslanov bildirib ki, ölkələrimiz arasında münasibətlər bütün sahələr üzrə yüksələn xəttlə inkişaf edir. Bu münasibətlərin əsasını hər iki ölkənin dövlət başçıları və xalqları arasında mövcud olan dostluq və qardaşlıq əlaqələri təşkil edir.

Parlamentlərarası əməkdaşlığın inkişafından danışan komitə sədri qeyd edib ki, parlament rəhbərlərinin mütəmadi görüşləri, eyni profilli komitələr arasında keçirilən iclaslar, həmçinin dostluq qruplarının fəaliyyəti bu əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verir.

Bildirilib ki, digər sahəvi komitələrlə yanaşı, səhiyyə komitələri arasında da sıx əməkdaşlıq mövcuddur. Bu baxımdan, TÜRKPA çərçivəsində də bu təmasların mütəmadi xarakter alması çox əhəmiyyətlidir.

TBMM-in xarici əlaqələr komitəsinin sədri Fuad Oktay də münasibətlərin hazırda ən müxtəlif səviyyələrdə, o cümlədən parlamentlər arasında dinamik şəkildə inkişaf etdiyini diqqətə çatdırıb. Enerji təhlükəsizliyi sahəsində həyata keçirilən layihələr də bu əməkdaşlığın mühüm istiqamətlərindən biridir. F.Oktay, həmçinin iqtisadiyyat və enerji transformasiyası sahələrində əldə olunan nailiyyətlərdən, eləcə də gələcəkdə bu istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərindən bəhs edib.

Görüş zamanı üçtərəfli iclasın gündəliyinə daxil edilən məsələlərin strateji əhəmiyyəti, onların mövcud əməkdaşlıq mexanizmlərinin gücləndirilməsinə töhfəsi, eyni zamanda, bu sahədə gələcək inkişaf perspektivlərinə mümkün təsiri müzakirə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: