İnsan hüquqları üzrə müvəkkilin (ombudsman) məruzəsinə əsasən, 2025-ci ildə aidiyyəti dövlət qurumları tərəfindən görülmüş tədbirlər nəticəsində Suriyadan 18 (5 qadın, 13 uşaq) Azərbaycan vətəndaşının ölkəyə repatriasiyası təmin olunub.
NUHÇIXAN xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin bugünkü iclasında ombudsmanın 2025-ci il üzrə məruzəsinin müzakirəsi zamanı deyib.
Komitə sədri, həmçinin qeyd edib ki, 2025-ci hesabat ilində ombudsmana 42 min 685 müraciət daxil olub.
