Dezinformasiya ilə Mübarizə Mərkəzi: Türkiyədə hansısa ölkəyə məxsus hərbi baza yoxdur

A- A A+

Türkiyədə hansısa ölkəyə məxsus hərbi baza mövcud deyil. Türkiyənin hava, quru, dəniz məkanı və hərbi obyektləri tam şəkildə öz nəzarəti altındadır.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.

“Ölkəmizə qarşı hansısa bir hücum müzakirə mövzusu olmadığı kimi, Türkiyəni regional münaqişələrin tərəfi kimi göstərmək kimi paylaşımlar da açıq dezinformasiya cəhdidir”, - deyə məlumatda vurğulanıb.

Həmçinin qeyd edilib ki, Türkiyənin müdafiə və təhlükəsizlik sistemi vəzifəsini yerinə yetirir və proseslər aidiyyəti qurumlar tərəfindən operativ şəkildə izlənilir.

“İctimaiyyətin əsassız iddialara etibar etməməsi, yalnız rəsmi qurumların açıqlamalarını nəzərə alması vacibdir”, - deyə məlumatda diqqətə çatdırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: