Fransa mətbuatı İranın Naxçıvana dron hücumundan yazır - FOTOLAR
Fransanın “Le Monde”, “Le Figaro” qəzetləri və “Fance 24” televiziya kanalı İranın Naxçıvana dron hücumu barədə məlumat yayıb.
NUHÇIXAN xəbər verir ki, məqalələrdə İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikasında yerləşən hava limanına dron zərbəsi endirməsinin regionda gərginliyi daha da artırdığı bildirilir.
Qeyd edilir ki, rəsmi Bakı dərhal İranın Azərbaycandakı səfirini çağıraraq hücumu sərt şəkildə qınayıb. Azərbaycanın Xarici İşlər Nazirliyi bu zərbələri şiddətlə pisləyərək, belə hücumların cavabsız qalmayacağını bəyan edib.