Türkiyə XİN: Hər zaman olduğu kimi bundan sonra da Azərbaycanın yanındayıq

A- A A+

Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikasına həyata keçirilən pilotsuz uçuş aparatı (PUA) hücumlarını şiddətlə qınayırıq.

Bölgədə üçüncü ölkələri hədəf alan və müharibənin genişlənməsi riskini artıran hücumlara ən qısa zamanda son verilməsinin zəruriliyini bir daha vurğulayırıq.

Bu ifadələr Türkiyənin Xarici İşlər Nazirliyindən NUHÇIXAN-a verilən açıqlamada yer alıb.

Nazirlik Türkiyənin hər zaman olduğu kimi bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcəyini vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: