İranın xarici işlər naziri Naxçıvana dron hücumu ilə bağlı araşdırma başladığını açıqladı

A- A A+

Martın 5-də İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NUHÇIXAN-a bildirilib ki, telefon danışığı zamanı Ceyhun Bayramov İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə edilmiş dron hücumlarını qətiyyətlə pisləyib, bu hücumlarla bağlı qəti etirazını bildirib. Azərbaycan ərazisinə bu hücumların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu, regionda gərginliyin artmasına xidmət etdiyini vurğulayıb.

İran naziri Naxçıvan Muxtar Respublikası ərazisinə dron hücumları ilə bağlı narahatlığını ifadə edib. İran tərəfinin və hərbçilərin bu hadisə ilə bağlı araşdırma başladığını bildirib. İran naziri yaralanan mülki şəxslərə şəfa diləyib.

İran tərəfindən hücumla bağlı üzr istənilməsini, araşdırmaların nəticələrinə dair qısa müddət ərzində izahat verilməsini, bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri tədbirlər görülməsini gözlədiyimiz diqqətə çatdırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: