Gürcüstan XİN Naxçıvana edilən pilotsuz təyyarə hücumu ilə əlaqədar bəyanat yayıb

A- A A+

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında bir neçə vətəndaşın xəsarət alması ilə nəticələnən pilotsuz təyyarə hücumunu pisləyir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Gürcüstan XİN-in yaydığı bəyanatda deyilir.

Gürcüstan XİN vurğulayıb ki, beynəlxalq hüququn prinsip və normalarını kobud şəkildə pozan və regionda vəziyyəti gərginləşdirməyə yönəlmiş istənilən hərəkət qəbuledilməzdir.

“Gürcüstan möhkəm dostluq və strateji tərəfdaşlığını nəzərə alaraq bu çətin vəziyyətdə qardaş Azərbaycanla həmrəyliyini ifadə edir", - deyə bəyanatda bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: